Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ziyarətgahı təhqir edən 11 nəfər həbs olundu

Koronavirus ilk dəfə Qum şəhərinə ziyarətə gələn çinli müsəlmanlarda aşkar edilib.

İranın Qum şəhərinin polisi imam Rzanın bacısı Məsumə xanımın ziyarətgahını təhqir edən 11 nəfəri həbs edib.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Məşhəd şəhərində imam Rzanın və Qum şəhərində İmam Museyi-Kazımın qızı və İmam Rzanın bacısı Xanım Məsumənin ziyarətgahları müvəqqəti olaraq bağlanıb. Buna baxmayaraq, bəzi insanlar virusun İranda geniş yayılmasının bu ziyarətgahların səbəb olduğunu iddia edərək təhqiramiz hərəkətlərə yol veriblər.

Qum şəhərinin polis idarəsinin rəisi Əbdülrza Ağaxani bildirib ki, belə hərəkətlərə yol verən insanlar sərt şəkildə cəzalanacaqlar. Onun sözlərinə görə, ziyarətgahların təhqir edilməsi qanunlara zidd olmaqla yanaşı, İslam əxlaqına da sığmır.

Qeyd edək ki, koronavirus ilk dəfə Qum şəhərinə ziyarətə gələn çinli müsəlmanlarda aşkar edilib. Ənənəyə görə, ziyarətə gələnlər Mənsumə xanımın qəbri üzərindəki sərdabəni öpürlər ki, bu da virusun yayılmasına səbəb olub.

P.S. İslamda ziyarətgah anlayışı yoxdur!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az