Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Zəvvarlarımız bu gün yola düşür – VİDEO

Bu gündən etibarən zəvvarlarımız müqəddəs ziyarət üçün yola çıxırlar…

Bu gün azərbaycanlı zəvvarlar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşürlər.

“Din.az” xəbər verir ki, Trend-in məlumatına görə, zəvvarlar sentyabrın 4-dək hər gün iki təyyarə reysi ilə yola salınacaqlar.

Zəvvarların sentyabrın 19-dan başlayaraq ölkəyə geri dönməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar yola düşür. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-dən başlayıb və avqustun 22-də başa çatıb.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az