Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Zərifdən ərəb ölkələrinə çağırış

Ərəb ölkələrinin işğal məsələsinə qarşı siyasətləri tənqid edildi.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Qolan təpələrini İsrail ərazisi kimi tanıması kontekstində ərəb ölkələrinin işğal məsələsi ilə bağlı siyasətini tənqid edib.

Din.az xəbər verir ki, bu barədə “Mehr” nəşri informasiya yayıb.

“ABŞ Prezidenti Donald Trampın ötənilki “işğal edilmiş Qüds” açıqlamasından sonra “Suriyanın işğal altındakı Qolan təpələri” haqqında bəyanatları bizim ərəb və müsəlman qardaşlrımız üçün xatırlatmadır: ABŞ və İsrail sizə əl sıxmaq təklif edəcəklər, ancaq nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar”, – Zərif bildirib.

Zərif həmçinin ABŞ administrasiyasının tam dəstəyi ilə müşahidə olunan İsrailin genişlənmə siyasəti qarşısında ərəb ölkələrini həmrəylik nümayiş etdirməyə çağırıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az