Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yunan lider İslamı təhqir etdi, türk parlamentari isə…

Kiryakos İslama qarşı sərt fikirlər səsləndirib.

Yunanıstan parlamentində təmsil olunan “Yunan Həlli” Partiyasının lideri Kiryakos Velopulos yeni vergi qətnamələri ilə bağlı çıxışında İslam dinini təhqir edib.

Din.az xəbər verir ki, Kiryakos İslamiyyətin din olmadığını, siyasi ideologiyanı ehtiva etdiyini bildirib.

Partiya lideri əlavə edib ki, İslam dinində buyurulan yaşam tərzi Qərb həyat normalarına uyğun gəlmir.

Buna cavab olaraq, “Dəyişiklik Hərəkatı” Partiyasının türk əsilli təmsilçisi İlhan Əhməd Kiryakosun fikirləri ilə razılaşmadığını, onun bu çıxışla bütün müsəlmanları təhqir etdiyini bildirib.

Türk parlamentariyə yunan həmkarı SYRİZA hərəkatının təmsilçisi Efklidis Çakalotos da dəstəyini ifadə edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az