Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yezidilərin kəndinə basqın edən Telman tutuldu – Ermənistanda yaşanan silahlı insidentin TƏFƏRRÜATLARI

Əlindəki silahla mərasim iştirakçılarını güllələməyə başladı.

Ermənistanda yas mərasimində zala daxil olaraq mərasim iştirakçılarını güllələyən şəxslərdən biri saxlanılıb.

Din.az xəbər verir ki, hadisə ilə bağlı yaradılan İstintaq Komitəsi tərəfindən bir nəfər saxlanılıb, bir nəfərin isə axtarış işləri davam etdirilir. İstintaq Komitəsinin məlumatına görə, aparılan təhqiqat işləri zamanı ehtimal edilən cinayətkarlardan birinin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs 1967-ci il təvəllüdlü Telman Kalaşyandır. Bildirilir ki, T.Kalaşyan səhər saat 09:30 radələrində dostları ilə telefon danışığı edib.Telefon danışığından sonra özünəməxsus “VAZ – 21214” avtomobili ilə Şamiram kəndindəki mərasim zalına gəlib. Yas mərasimi keçirilən zala daxil olan Kalaşyan ana söyüşü söyərək, əlindəki silahla mərasim iştirakçılarını güllələməyə başlayıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hadisədən sonra Kalaşyan gizlənib.

Belə ki, Kalaşyan zaldakıları gülləbaran etdikdən sonra hadisə zamanı zalda olanlardan biri cinayətkarı təqib etməyə başlayıb. Kalaşyanın maşınını vurub aşırmağa nail olan zaldakı hadisə iştirakçısı, açıq sahədə aşıb qalmış Kalaşyanın maşınına yaxınlaşdıqda, cinayətkar (Kalaşyan) maşından çıxaraq hadisə iştirakçısını gülləyib. Bundan sonra Kalaşyanın yardımına gələn şəxslə o qaçaraq gizlənməyə müvəffəq olmuşdular. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az