Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

YENİ QAYDA: BƏRKDƏN AĞLAMAQ, SAÇINI YOLMAQ, ÜZÜNÜ CIRMAQ QADAĞAN EDİLİR…

Həddi aşmamaq şərtilə yalnız vəfat edənin doğmaları ağlaya bilər.

Tacikistanda dəfn mərasimlərinin keçirilməsinin yeni qaydaları tətbiq olunur.

Yeni qaydaya görə bərkdən ağlamaq, başına torpaq səpmək, paltarını dartıb cırmaq, saçını yolmaq, üzünü cırmaq və peşəkar ağı deyənləri yasa dəvət etmək qadağan olunur. Yalnız vəfat edənin doğmalarına ağlamağa – bərkdən olmamaq şərtilə icazə verilir.

Din.az bildirir ki, bu barədə “Ozodi” radiosuna istinadən Rosbalt xəbər yayıb.

Başqa yas tədbirləri də məhdudlaşdırılır. Belə ki, qəbirqazan şəxsin və mürdəşirin vəzifələrini ölənin yaxın qohumları müvəkkil şəxslərin iştirakı ilə öz üzərlərinə götürməlidirlər. Gecə meyidin olduğu evdə qalmaq da qadağan olunur (Ölənin övladları və yaxın qohumları istisnadır). Yeni qaydaya görə qadınların yas geyimlərinin rəngi qara deyil, göy rəngdə olmalıdır…

Bu qaydaları Tacikistanın islamşünaslıq mərkəzi və Üləmalar şurası ilə birlikdə Dini işlər üzrə komitə müəyyənləşdirib. İndiki yeni normalar məsləhət xarakterlidir. Amma, adət və ənənələrin nizamlanması haqqında müvafiq dəyişikliklər ölkənin qanunu kimi qəbul olunsa, o zaman yeni qanuna mütləq qaydada hamı əməl etməlidir.

Dini işlər üzrə komitənin mətbuat xidməti bildirib ki, qeyd olunan yeni qanunlar dəfn və yas mərasimlərinin nizamlanması məqsədi ilə həyata keçiriləcək. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az