Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

İnfrastrukturun dağılması epidemiyanın geniş yayılması üçün münbit şərait yaradıb.
Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb. Onların 25 faizi uşaqlar, 55,5 faizi isə yeniyetmələrdir.
Din.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ilin aprel ayından indiyə qədər 2101 nəfər qorxulu xəstəlikdən dünyasını dəyişib. Sənəddə qeyd olunur ki, Yəməndə fəal hərbi əməliyyatlar zamanı infrastrukturun dağılması epidemiyanın geniş yayılması üçün münbit şərait yaradıb.
Evlərini tərk etmək məcburiyyətində qalan 3 milyona qədər yəmənli hər gün içməli su çatışmazlığı və antisanitariya üzündən vəbaya yoluxmaq təhlükəsi yaşayır.