Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yəməndə qorxulu xəstəlikdən ölənlərin sayı 700-ə çatır

Yəməndə 24 minə yaxın insanın vəbaya yoluxma ehtimalı var.

Yəməndə tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir.

Din.az “Milli.Az”-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib.

Belə ki, son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb ki, bunun da 681-i ölümlə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az