Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Yəməndə 700-dən çox insan eyni səbəbdən ölüb

Yəməndə vəba xəstəliyinə yoluxan 460 min insan qeydiyyata alınıb.

2019-cu ilin əvvəlindən Yəməndə azı 705 insan vəba xəstəliyindən dünyasını dəyişib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu bəyanatla BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak çıxış edib.

BMT rəsmisi bildirib ki, 2019-cu ilin əvvəlindən vəba xəstəliyinə yoluxan 460 min insan qeydiyyata alınıb ki, onlardan da 200 minə yaxını uşaqlardı. Bu, 2018-ci ilin göstəricilərini 80 min fərqlə üstələyir. Belə ki, ötən il 380 min vəba xəstəsi aşkarlanmışdı. Eləcə də ölüm hallarının sayı da ötən illə müqayisədə çoxalıb. 2019-cu ilin əvvəlindən xəstəlik nəticəsində 705 nəfər dünyasını dəyişib. Halbuki, 2018-ci ildə bu rəqəm 75 idi.

Hak qeyd edib ki, bu il xəstəliyin yayılmasına Yəməndəki daşqınlar və içməli suyun çatışmazlığı təsir göstərib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az