Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəmən Səudiyyə Ərəbistanının aeroportunu vurdu: reyslər dayandırıldı

Ebha hava limanında əməliyyat keçirildi.

Yəmən ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) qüvvələri Səudiyyə Ərəbistanının cənub qərbində yerləşən Ebha hava limanında əməliyyat keçirib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Yəmən qüvvələrinin bu əməliyyatı nəticəsində aeroportda təyyarə reysləri dayandırılıb, uçuşlar təxirə salınıb.

El-Minar kanalı Yəmən ordusunun PUA əməliyyatının 1 ədəd Kasıf-1 PUA-sı ilə həyata keçirdiyini bildirib. Ölən və yaralılar haqda məlumat verilməyib. Həmçinin dağıntı və ya dəymiş ziyanla bağlı da məlumat hələ ki yoxdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az