Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Yekun sülh müqaviləsi üçün hazırıq – Küveyt

“Yəmənin bütövlüyünü dəstəkləyirik”.

Yəməndə müharibə aparan tərəfləri yekun sülh müqaviləsinə imza atmaq üçün ölkəmizdə qarşılamağa hazırıq.

Din.az bildirir ki, bu sözləri Küveytin Baş naziri Şeyx Nasir Məhəmməd Əhməd Sabah BMT Baş Məclisinin iclasında danışarkən deyib.

“Yəmənin bütövlüyünü dəstəkləyirik. Küveyt keçən il də BMT liderliyində tərəflər arasında 3 ay davam edən sülh danışıqlarına ev sahibliyi edib, lakin bu müddətdə heç bir nəticə əldə olunmayıb. Hazırda Yəməndə BMT-nin xüsusi nümayəndəsi ilə sülh prosesi haqda danışıqlar aparılır”, – deyə o bildirib.

Qeyd edək ki, Yəməndə 2015-ci ildən bəri vətəndaş müharibə gedir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az