Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəhudilər Məscidul-Aqsaya hücum çəkdi

İşğalçı yəhudilər müsəlmanlara hücum çəkib.

İsrail qüvvələrinin qoruduğu 200-dən artıq işğalçı yəhudi ilk qibləmiz olan Məscidul-Aqsaya hücum edib. Trampın səfərindən sonra baş verən bu hadisə etirazlara səbəb olub.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, şərqi Qüdsün İsrail tərəfindən işğal edilməsini 50-ci ildönümündə yüzlərlə yəhudi Məscidul-Aqsaya hücum edib.

Qüdsün İslami Vəqflər İdarəsindən verilən yazılı açıqlamada deyilir: “200-dən artıq işğalçı yəhudi İsrail polisinin müşayiətilə Məscidul-Aqsanın həyətinə girib müsəlmanlara qarşı xoşagəlməz hərəkətlər ediblər”.

Qeyd edək ki, beynəlxalq hüquqa əsasən, bütün yəhudi məskənləri qanunsuz qəbul edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az