Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudi milyarder “Ağlama divarı”nda pul payladı

Yanına çağırdığı yəhudilərə 50 və 100 dollarlıq əskinazlar payladı.

“Ağlama divarı”nı ziyarət edən yəhudi milyarder Leonardo Julio Farkas Klayn, yanına çağırdığı yəhudilərə 50 və 100 dollarlıq əskinazlar paylayıb. Pul paylama əsnasında yaranan qarışıqlıq zamanı gülməli anlar baş verib.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Çili əsilli məşhur yəhudi iş adamı Leonardo Julio Farkas Klayn “Ağlama divarı”nı ziyarət edərkən yanına çağırdığı yəhudilərə pul paylamağa başlayıb. Pulları alarkən qarışıqlıq yaranan yerdə yəhudilərin bir-birlərini hətta söydükləri bildirilib.

Klaynın hər dəfə “Ağlama divarı”nı ziyarət edərkən yəhudilərə pul payladığı qeyd edilən xəbərdə milyarder iş adamının bunu bayramlarda da etdiyi deyilib. Xəbərlər Klaynın payladığı pulların ümumi məbləği haqqında heç bir məlumat verilməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az