Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudi millət vəkili maraqlı fikirlər səsləndirdi – VİDEO

“Mən bunları çıxışlarımda da demişəm. Bir az haqsızlığa, ədalətsizliyə rast gəlirsən”.

Ötən həftə ATV kanalında yayımlanan “Geriyə baxanda” verilişinin qonağı miliyyətcə yəhudi olan millət vəkili Yevda Abramov olub.

“Din.az”ın məlumatına görə, millət vəkili seçiciləri ilə görüşündən, onların problemlərinin həllindən danışan zaman paytaxtda bir sıra nazirliklərin vətəndaş qəbulundakı haqsızlıqlarından danışıb.

“Respublikadakı qəbullarda ürəkağrıdan hallar da olur. Açıb demək… Mən bunları çıxışlarımda da demişəm. Bir az haqsızlığa, ədalətsizliyə rast gəlirsən”.

Hətta millət vəkili bu haqsızlıq barədə danışan zaman fikirlərini yarımçıq kəsib. Lakin dolayı yolla da olsa Yevda Abramov sosial təbəqənin problemlərini eşitmək istəməyən, millət vəkillərini saymayan orqanların fəaliyyətindən bəhs edib.

“Bəzi millət vəkilləri deyirlər ki, mən bütün nazirliklərin qapısını təpiklə açıram. Mən buna inanmıram. Mən deyə bilmərəm ki, Azərbaycanda kimsə mənə qarşı bu 12 ildə hörmətsizlik eləyib, bu yalan olar. Bütün nazirliklər mənim xətrimi istəyir. Mən bütün nazirliklərin qapılarını sərbəst açıb girə bilirəm. Amma mən dünyasında deyə bilmərəm ki, təpiklə açıb girirəm. Bu, heç nəzakət qaydalarında da düzgün deyil.

Həmin verilişdən olan videogörüntünü sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az