Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudi din adamı Donald Trampı təriflədi

“O bizim üçün Tanrının bir lütfüdür”

İsrailin ən qatı sionistlərindən olan baş xaxam Yahuda Qlik, Donald Tramp üçün deyib: “O bizim üçün Tanrının bir lütfüdür”.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, sionist İsrailin mənfəətlərini əsas götürən və bu istiqamətdə işlərini davam etdirən ABŞ prezidenti Donald Trampa sionistlərdən təriflər yağdırılır.

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-İsrail əlaqələrindən bəhs edən Yahuda Qlik, Donald Tramp üçün “O bizim üçün Tanrının bir lütfüdür” deyib.

Sionist İsrailin Məscidüləqsa və Qüdslə bağlı gizli planlarının ən böyük dəstəkçilərindən olan Qlikin sözləri, Trampdan prezident olduqdan sonra Amerika-İsrail münasibətlərinin hansı səviyyədə olduğunu göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az