Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yeddi yaşlı qızı zorlayanı daşqalaq etmək istəyirlər -Video

Hadisədən xəbər tutan yerli sakinlər mağazanı yandırdılar.

İranın Ərdəbil əyalətinin Parsabad şəhərində 21 gün əvvəl itkin düşmüş 7 yaşlı qız uşağının meyiti tapılıb.

“Din.az” “Oxu.az”a istinadən xəbər verir ki, qarajda tapılan meyitin üzərində zorlanma əlamətləri aşkar edilib.

Şəhər sakini 40 yaşlı İsmayıl Cəfərzadə polisə günahını etiraf edib.

Hadisədən xəbər tutan yerli sakinlər ona məxsus mağazanı yandırıb, əraziyə gələn şəhər prokurorundan cinayətkarın daşqalaq olunmasını tələb ediblər. Prokuror İ.Cəfərzadəyə ən ağır cəza veriləcəyini deyib.

Qeyd edək ki, İ.Cəfərzadə bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, bir il bundan əvvəl qadını zorlayaraq öldürdüyünü etiraf edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az