Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yaxın Şərqdə yaşamaq üçün ən əlverişli şəhərlər

Dünyanın yaşamaq üçün ən uyğun şəhərləri…

Birləşmiş Ərəb Əmirliyinin “Ze Nəşnl” (“The National”) nəşri “Ekonomist İntelligens” (“The Economist Intelligence”) tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə istinadla bildirir ki, Dubay Yaxın Şərqdə yaşamaq üçün ən yaxşı şəhər hesab edilib.

Din.az bildirir ki, tədqiqata görə, Melburn yeddinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri hesab olunub. Dubay isə reytinqdə Yaxın Şərq üzrə ən yüksək mövqeyi, ümumi siyahıda dünyanın 140 ölkəsi arasında 74-cü yeri tutub.

Yaxın Şərq və Şimali Afrika regionlarında Dubaydan sonra ikinci yerdə Tel-Əviv, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhəridir.

Tədqiqatda Dubaya verilən 74,7 faiz qiymət qlobal orta baldır və şəhərin qazanc baxımından ikinci səviyyədə olduğunu göstərir. Bu o deməkdir ki, şəhərdə gündəlik həyat tərzi qaydasındadır, lakin bəzi cəhətlər problem yarada bilər. Ümumiyyətlə, son beş ildə Dubay həyat şəraitinin yaxşılaşdırılmasının inkişafı baxımından əhəmiyyətli dərəcədə irəliləyib. Sabitlik, təhsil, mədəniyyət və infrastruktur sahələrində şəhərin cəlbediciliyi artıb. Lakin hesabat müəlliflərinin fikrincə, tibb və təhsil sahələrində yerli sakinlərə və miqrantlara göstərilən xidmətin fərqli olması ümumi qiymətə təsir edib.

Reytinqdə sonuncu yerləri münaqişə zonalarında yerləşən Tripoli və Dəməşq şəhərləri tutur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az