Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xurma min bir dərdin dərmanı imiş…

Xurmanın bir çox faydaları haqqında.

Türk mütəxəsislərin qənaətinə görə, xurma  min  bir dərdin dərmanı imiş…

Din.az xurmanın faydalarını sizə təqdim edir:

Ürəyə çox faydası var

Təzyiqi və ürək döyüntüsünü normallaşdıran xurma,  ürəyin dostu olan qidalar sırasındadır. Ürəyi zərərli bakteriyalardan qoruyur, damar tutulması riskini azaldır.

Dərini gözəlləşdirir

Xurma hüceyrələrin yenilənməsini təmin edir,nəticədə dəri gözəlləşir. B vitamini ilə zəngin olan Xurma, yaraların sürətlə sağalmasına yardımçı olur. Xurma , dərinin ehtiyacı olan nəmlənməsinə də kömək olur.

Yaddaşı gücləndirir

A və B fitaminləri ilə zəngin olduğundan və tərkibindəki maqnezium sayəsində yaddaşı gücləndirir.  Ona görə də uşaqların və yaşlıların xurmadan bol-bol istifadə etməsi tövsiyyə edilir.

Arıqlamağa kömək edir

Tərkibində lif faizinin yüksək olması, həzm sisteminin yavaşlamasını təmin edir. Bununla da özünüzü uzun müddət tox hiss edirsiniz və yeməyi azaldırsınız.

Depressiyadan qoruyur

Xurma günün bəlası olan stres və onun yaratdığı xəstəliklərin qarşısının alınmasında önəmli rol oynayır. Araşdırmalara görə, bu qidanın tərkibində olan yüksək miqdarda  B6 vitamini və maqnezium sinir sistemini gücləndirir.

İnfeksiya riskini azaldır

Xurma,  tərkibindəki A və C vitamini sayəsində orqanizmi  zərərli bakteriyalardan və mikroblardan qoruyur.  Bundan başqa, tərkibindəki maqnezium,  əmələ gələ biləcək infeksiyaların qarşısı alınır.

Sümükləri gücləndirir

Kalsium və fosfatla zəngin olduğundan sümükləri gücləndirir. Əmələ gələ biləcək bütün sümük xəstəliklərinin qarşısını alır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az