Xristian dünyasında biabrçı hadisə – Qadın Papa kim olub?

həmin hadisədən sonra katoliklərin başına keçəcək papanın cinsinin yoxlanması fərziyyəsi də var.
Latıncadan “ata” mənasını verən “papa” sözü IV əsrdən bu yana xristian dünyasında katolik xristianlarının təyin olunan dini lideridir.
Xristian kilsəsi İsa peyğəmbərin papalıq missiyasını verdiyi Əziz Petrusdan bu yana bu təyini katoliklərdə ən uca məqam olduğunu hesab edirlər. Vatikanda kardinallar tərəfindən seçilən papa bir neçə əsas şərtə cavab verməli idi. Onun evli olmaması, ümumiyyətlə, hər bir cismani yaxınlıqdan kənar durması, ən əsası kişi olması əsas şərt idi.
Papa hakimiyyətinin 2000 illik tarixi son dərəcə qəribə olaylarla doludur. Əsrlər boyu dini hakimiyyəti siyasi idarəetməyə də yönəldən papalar bundan ötrü qan tökməkdən də çəkinməyib, xüsusi inkivizisiya məhkəmələri təşkl ediblər. Amma nə bu məhkəmələr, nə də tarixin axarını dəyişən Xaç yürüşləri xristianlıq tarixindəki bu olay qədər rüsvayçı olmayıb.
“Din.az” bildirir ki, “moderator.az” təqdim edəcəyi yazıda həmin olayın təffərrüatından bəhs edəcək:
Bu rüsvayçı olayı Vatikanın üzqarası adlandırırlar. Katoliklərin tarixdən tamamilə silməyə çalışdıqları hadisə qadın papa Yohanla bağlıdır. Katolik kilsəsini yüz illərdir ki, narahat edən bu hekayənin baş qəhrəmanı IX əsrdə Almaniyada dindar bir ailənin övladlığa götürdüyü ingilis qızıdır. Yaxınları onu Gilberta, yaxud, Yutta deyə çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan, qadın olmasını özündə çatışmazlıq yaratdığını düşünərdi. 12 yaşına çatanda isə kişi paltarları geyməyə və kişi kimi davranmağa başladı. Yohan sonrakı illərdə xristian missionerlərinə qoşularaq bu dinin tarixini və fəlsəfəsini öyrənmək üçün Afinaya gedir. Din tarixini, fəlsəfəni, qədim xristianlıq mətnlərini dərindən öyrənir. Lakin Afinada missionerlərdən tələb olunan saqqal qadağası onu bu şəhəri tərk etmək məcburiyyətində qoyur. O, saqqalı təraş etmək qanunu olan bir şəhərə Romaya gedir. Adını dəyişərək Con Angelos qoyur. Özünün qadın olmaq sirrini ustalıqla qoruyaraq şəhərin ən böyük monastrlarından birinə qəbul edilir. Dərin zəkası və bilgisi hesabına xrsitian alimləri, keşişləri, bu dinin yüksək çinli rəhbərləri tərəfindən böyük ehtiram qazanır. Bu nüfuz o həddə çatır ki, 853-cü ildə Roma papası Leon öləndən sonra kilsəyə məxsus adam olmamasına baxmayaraq Yohanı papalıq taxtına ən yaxşı namizəd kimi görürlər. O, 853-cü ildə papa seçilir. 2 il, 5 ay 4 gün bu taxtda əyləşir. Lakin onu seçən heyət bilmirdi ki, bu zaman papalıq tarixinin ən böyük qüsuruna yol verib. Çünki hələ də Yohanın qadın olduğunu bilməmişdilər.
Sirrin üzə çıxması…
Əvvəlcə onu deyək ki, iki ildən sonra Yohanın sirri üzə çıxanda kilsə dəhşət içində hər şeyi tamamilə məhv etməyə çalışdı. Onun adını tarixdən birdəfəlik silməyə başladılar. Qadın papanın adını çəkmək belə yasaq idi. Lakin xristianlığın gizlinlərini bilən bəzi keşişlərdə bu sirr çox yaşamadı. XI əsrdə Martines adlı rahib özünün “Papaların və imperatorların tarixi” adlı əsərində həmin hadisəni təfərrüatına qədər yazdı.
Bu sirr çox qəribə şəkildə hamıya bəyan olur. Belə ki, rahiblərdən biri ilə gizli eşq yaşayan qadın papa ondan uşağa qalır. Enli geyimlərinin hesabına öz hamiləliyini gizlədə bilir. Uşaq olandan sonra isə onu dünyaya gətirib kilsənin nəzdində saxlanılan kimsəsiz uşaqlardan biri kimi qələmə vermək istəyirdi. Amma bu kələk baş tutmur. Yohan kütlə içərisində olan zaman doğuş sancıları başlayır və elə oradaca övladını dünyaya gətirir. İnsanlar sadəcə olaraq dəhşətə gəlmişdilər. Bəziləri gözlərinə inanmır, özünü ələ alan bəziləri isə papanın qadın olduğunu öyrənir. Tarixi mənbələrdə yazılanlara görə, yeni doğulan uşaq və Yohan elə oradaca öldürülür. Bəzi mənbələrdə isə uşağın parça-parça edildiyi, Yohanın isə atlara balanaraq tikələrə bölündüyü yazılır. Yohan və uşağının öldüyü yerdə kinayə ilə “uşaq doğuran papa” sözləri yazılır və ora ana –uşaq rəsmi qoyulur. XVI əsrə qədər həmin lövhə orada qalır. XVI əsrdə hakimiyyətə gələn papalardan biri Yohanın izini tam itirmək məqsədilə lövhəni oradan yox etdirir və onun adını papaların siyahısından sildirir. Adətə görə, bu gün də Roma papaları şəhərə çıxarkən Yohanın öldürüldüyü küçədən geri dönürlər. Bu da ona olan nifrətin göstəricisidir.
Qeyd edək ki, həmin hadisədən sonra katoliklərin başına keçəcək papanın cinsinin yoxlanması fərziyyəsi də var. Yohandan sonra papaları ciddi şəkildə fiziki yoxlanışdan keçirirdilər.
Vatikan kilsəsi bu üzüqara olayı dünyaya tanıtdıran tarxiçiləri bağışlaya bilmir.