Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xəzərdə repressiya qurbanları üçün Məzar adlı bu xatirə kompleksi yaradılması təklif edildi

Onların əksəriyyətinin məzarı Xəzər dənizi olub.

“Xəzərdə Məzar… Bir neçə gün öncə Samir Turanla söhbətimizdən sonra bu repressiya qurbanları ilə bağlı bir ideya formalaşdı bizdə. Düşünürük ki, repressiya qurbanları üçün bulvardan Xəzərə uzanan bir xiyaban salınmalı və həmin soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün ümumi bir abidə salınmalıdır”.

Din.az A24.az-a istinadən bildirir ki, bu təkliflə bağlı tanınmış, pedoqoq, yazıçı Şəmil Sadiq çıxış edib.

O deyib ki, bu abidə repressiya qurbanlarını ziyarət etmək üçün vahid bir məkana çevrilər bilər, hər gələn turistə də Müşfiq, Cavad və digərləri haqqında olan rəvayətləri sevə-sevə danışarıq:

“Nəzərə alsaq ki, əksəriyyətinin məzarı Xəzər dənizidir, demək ki, xəzər dənizi də ziyarət üçün ən layiqli məkandır. Çünki onlara qucaq açan sadəcə Xəzər olmuşdu. Xəzərdə Məzar adlı bu xatirə kompleksinə hər bir qrubanın adı və doğum ölüm tarixini yazmaq olar. Daşlarda həkk olunan bu adları elə Xəzər dalğaları da yuyar həmişə… Onların da qəbri olar…”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az