Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

XƏSTƏXANADA ÖLƏN KÖRPƏ ANANIN XƏBƏRİ OLMADAN DƏFN OLUNUB – İDDİA – VİDEO

Ölən körpə kimsəsizlər qəbiristanlığında dəfn olunub.

Ananın xəbəri olmadan tələf olan körpəsi kimsəsizlər qəbiristanlığında dəfn olunub.

Din.az A24.Az-a istinadən bildirir ki, ağlasığmaz iddianı 37 yaşlı Günay Axundova ortaya atıb. O, 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə bir oğlan uşağı dünyaya gətirib. Əməliyyatı isə həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra isə uşaq tələf olub.

Günay Axundova iddia edir ki, həkim uşağın öldüyü barədə məlumatı onlara gec verib.

Körpəsinin öldüyünü biləndən sonra ana onun meyitini tələb edib. Ona bildirilib ki, uşağın meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Günay Axundova deyir ki, aprel ayının 10-da uşağın meyitini götürmək üçün adıçəkilən quruma müraciət edib və ona uşağın Hövsan qəsəbəsində yerləşən kimsəsizlər qəbiristanında dəfn edildiyi deyilib.

Zərərçəkmiş şəxs iddia edir ki, uşağı ondan xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn ediblər.

Məsələ ilə bağlı əvvəlcə 2 saylı şəhər qəbiristanlığı, yəni kimsəsizlər qəbiristanlığına getdik. Oradan bildirildi ki, həqiqətən üzərində Günay Axundovanın adı qeyd edilmiş uşaq meyiti aprel ayının 12-də basdırılması üçün bura gətirilib. Uşağın ölümündə və gizlin basdırılmasında adı hallanan həkim Vüsalə Ağalarova ilə də əlaqə saxladıq. O bildirdi ki, Günay Axundova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ana əməliyyat olunaraq reanimasiya şöbəsinə götürülüb. Uşaq tələf olarkən həkim evdə olub, yəni onun ölməsini ertəsi gün işə gələn zaman bilib. Vüsalə Ağalarova deyir ki, uşağın ölməsi ilə bağlı həm anaya, həm də ataya vaxtında məlumat verilib. Həkim uşağın ondan xəbərsiz dəfn edilməsi məsələsinə də aydınlıq gətirib.

Səhiyyə Nazirliyindən də verilən açıqlamada Günay Axundovanın iddialarının əsassız olduğu bildirilib.

Hüquqşünaslar isə deyirlər ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi uşağın dəfn olunması ilə bağlı valideyinə rəsmi müraciət etməlidir. Əgər valideyndən bir xəbər çıxmazsa, o zaman meyit kimsəsizlər qəbiristanlığında dəfn oluna bilər. İndi Günay Axundovanın bir istəyi var, o da övladının meyitini tapmaqdır. Bu məqsədlə də o, hüquq-mühafizə orqanlarına müraciət edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az