Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

XƏBƏRDARLIQ: Qurbanlıq heyvanları bu yerlərdən alın

Qurbanlıq heyvanların satışı zamanı baytarlıq-sanitar normalarına əməl edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi sahibkarla müraciət edib.

Din.az bildirir ki, qurumdan Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair yayılan məlumatla əlaqədar nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küç., Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 8, parkın yanı) təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və ətraf qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.

Nazirlik sahibkarları Bakı şəhəri və ətraf qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az