Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

XARİCDƏ TƏHSİL ALANLARIN DİPLOMLARI HANSI HALDA TANINMIR? – VİDEO

“Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük verilməlidir”.

Uzun illər əziyyət çəkib xaricdə təhsil alırsan, universiteti bitirdikdən sonra diplomunun Azərbaycanda tanınmadığı məlum olur.

Din.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, bu günə qədər xaricdə təhsil alan tələbələrin 30 %-i bu problemlə qarşılaşıb. Təhsil Nazirliyinin akreditasiya və nostrifikasiya idarəsinin rəhbəri Samir Vəliyev diplomun tanınmamasının bir sıra səbəbləri olduğunu bildirib.

Əgər tələbənin təhsil aldığı müddətlə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluq varsa, bu zaman diplom tanınmır. Üstəlik, onun təhsil aldığı dil üzrə biliyi də yoxlanılır.

Xaricdə təhsil almaq istəyən tələbələrə, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük vermələri məsləhət görünür. Bundan başqa, universitetin reytinq cədvəlində ön sıralarda olması da üstünlük kimi qəbul edilir.

Hazırda xaricdə elə bir univeristet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Bunun üçün tələbələr univeristet seçməmişdən qabaq diplomun tanınma qaydaları ilə Təhsil Nazirliyinin saytı, o cümlədən akreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış olsalar yaxşıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az