Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Xameneyinin İmam Mehdiylə əlaqəsi var!” – İDDİA

Şirazı, “Biz vaxtını təyin etmirik. Fəqət Mehdinin çıxışı böyük bir ümidlə çox yaxındır” ifadələrini işlədib.

İranın təqlid mərcilərindən Ayətullah Şirazi, ölkənin dini lideri Xameneyinin axır zamanda zühur etməsi gözlənilən Hz.Mehdi ilə əlaqəsi olduğunu iddia edib.

“Din.az” İranda yayımlanan “jamkaran.ir” xəbər saytına istinadən xəbər verir ki, Qum şəhərində təşkil edilən XII Beynəlxalq Mehdeviyet Doktrinası Konfransında danışan Şirazi, “dini liderin müvəffəqiyyətli olmasının dəlillərindən biri də onun İmam Mehdiylə bu məsciddə (Cəmkəran Məscidi) yaxından əlaqəsinin olmasıdır” iddiasını irəli sürüb.

“Mehdinin zühuru yaxındır”

Şirazı, “Biz vaxtını təyin etmirik. Fəqət Mehdinin çıxışı böyük bir ümidlə çox yaxındır” ifadələrini işlədib. İrandakı Caferiler, Mehdinin qiyamətin qopmasına yaxın bir zamanda ortaya çıxacağına inanır. Dünyada xaos və döyüşlərin artması Mehdinin gəliş əlamətləri olaraq qəbul edilir. Qum ilə Kaşan şəhəri arasındakı Cəmkəran kəndinə yaxın Cəmkəran Məscidini, Cəfəri məzhəbinə mənsub bəzi kəslər Mehdiylə əlaqə qurulan yer olduğuna inanır.

P.S. Mehdi inancı İslama sonradan əlavə olunub. Bu haqda Quranda heç bir məlumat yoxdur. Hətta Buxarinin “Səhih”ində də bu haqda heç bir informasiya yoxdur.

MÜZAKİRƏ

10 şərh “Xameneyinin İmam Mehdiylə əlaqəsi var!” – İDDİA üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az