Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xameneidən ABŞ-a çağırış – Mübarizə aparın

“Öz ölkənizi idarə edin, ağdərili irqçi ilə mübarizə aparın”.

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın Şarlotesvil şəhərində baş vermiş irqçi hadisələrə şəxsi Tvitter hesabında reaksiya verib.

Din.az xəbər verir ki, “#Charlottesville” həştəqindən istifadə edən Xamenei qaradərili uşaqla çəkilmiş fotosunu da paylaşıb.

“Ölkələrin münasibətlərinə müdaxilə etməkdənsə, öz ölkənizi idarə edin, ağdərili irqçi ilə mübarizə aparın”, – Xamenei yazıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da baş verən irqçi etirazlar nəticəsində bir nəfər həlak olub. / Axar.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az