Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şəhidlər Camisinin ibadətə açılmasını arzulayırdım

[hupso]

Şəhidlər Camisinin ibadətə açılmasını ən çox arzulayanların içində yer aldığımı söyləyə bilərəm. Əvvəla caminin bu qədər uzun müddət bağlı qalması hamımızı üzürdü və adı Şəhidlər Xiyabanı olan bir məkanda caminin fəaliyyət göstərməməsi mənəvi cəhətdən sağlam aura yaratmırdı. İkincisi isə, Milli Məclisin iclasları çox zaman Cümə günü saat 12.00-da başladığına görə bəzən çxışlara və səsverməyə görə […]

Şəhidlər Camisinin ibadətə açılmasını ən çox arzulayanların içində yer aldığımı söyləyə bilərəm. Əvvəla caminin bu qədər uzun müddət bağlı qalması hamımızı üzürdü və adı Şəhidlər Xiyabanı olan bir məkanda caminin fəaliyyət göstərməməsi mənəvi cəhətdən sağlam aura yaratmırdı.

İkincisi isə, Milli Məclisin iclasları çox zaman Cümə günü saat 12.00-da başladığına görə bəzən çxışlara və səsverməyə görə bəndənizin bir qədər uzaqdakı İlahiyyat və ya Əjdərbəy camilərinə Cümə namazına getib qayıtmağı alınmırdı. İndi şükür ki, işimizlə ibadətimizin tarazlığını qoruya biləcəyik.

Üçüncüsü isə, bu Türkiyə yönətimi və vətəndaşları tərəfindən də müsbət qarşılanan və arzulanan bir addımdır və qardaşlığımızın daha da dərinləşməsinə faydalı olacaq. Allah caminin fəaliyyətinin bərpa olunmasınada az və ya çox rolu olan hər kəsdən razı olsun!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

www.islam.com.az

www.islam.com.az