Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazanın başlanması gününün təyini məsələsində insanları qəsdən yanıltdılar

[hupso]

Olan bir-iki verilişin də cəhalət yükü bilgi yükündən daha artıqdır.

ramazan-verilişiYaxşı ki, Türkiyə telekanallarında Ramazan ayında tərtib olunmuş bir-birindən maraqlı verilişlər var. Sahur zamanı izləyərək çox maraqlı bilgilər əldə edə bilirsən.

TV 8 kanalında Əmrə Dorman ilə “Kuranın izində” proqramında Prof.Dr. Muhəmməd Nur Doğanla Dormanın söyləşisinə baxdım, Doğan tərəfindən səsləndirilən və beynimə yerləşən bir neçə tezisi bölüşmək istədim.

1) Ağıl bir kompasdır, Kuran isə xəritədir. Kompası düzgün istifadə etməsən əlində xəritə olsa belə, gedəcək məkanını doğru tapa bilməzsən;

2) Aləmlərə rəhmət olaraq göndərilmiş bir din, aləmlərə zəhmətə çevrilmiş. Allahın asanlaşdırdığı dini elə çətinləşdirmişlər ki, labirintin içində donub qalmışıq;

3) Allah cahillik dövründəki haramlar toplusunu dağıdaraq onu halallaşdırmış, bizlər isə israrla haramların dairəsini genişləndirməklə məşğuluq;

4) Allah hökm edəndir, bəndə məhkum, biz isə bu yerləri və funksiyaları dəyişdirmişik və Allahı məhkum kimi görərək öz uydurduğumuz dini hökm etməyə çalışırıq.

Həqiqətən də bizlərdə ağlı kompas kimi istifadə etməkdən uzaq bir cəmiyyət var və Quran əvəzinə kimlərinsə cızdığı xəritə ilə getməyə məhkum qalmışıq.

Acınacaqlısı budur ki, Ramazan ayında Azərbaycan efirində maarifləndirici proqramların verilməsi də nəzərdə tutulmayıb. Olan bir-iki verilişin də cəhalət yükü bilgi yükündən daha artıqdır. İnsanlar üzlərini tutub Türkiyə, İran, Səudiyyə kanallarına, oralardan zövqlərini oxşayan proqramlar axtarırlar. Halbuki, həm Azərbaycanda, həm də xaricdə təhsil almış sağlam düşüncəli, dövlətini sevən, cəhalətə qarşı olan onlarla bilgili insanlarımız var ki, ən azı insanlara dinin təhrif olunmayan tezislərini anlaşılan şəkildə çatdıra bilərdilər.

Şeyx Nəsrullahın ölü diriltdiyi məmləkət imajını üzərimizdən atmaq üçün yenə də Ramazan fürsətindən doğru yararlana bilmədiyimizi düşünürəm. Bəri başdan Ramazanın başlanması gününün təyini məsələsində insanları qəsdən yanıltdılar, bayram məsələsində də eyni metodu təkrarlayacaqlar, mahiyyət olaraq da maariflənmədən uzaq bir ayı yola verməli olacağıq. Ona görə də hər kəs öz ağlını kompas kimi istifadə etməli, özü doğruları öyrənməli və öyrətməlidir. Necə ki, Alaq surəsində Allah buyurur: “Ey Məhəmməd, öyrən və öyrət!”

MÜZAKİRƏ

2 şərh Ramazanın başlanması gününün təyini məsələsində insanları qəsdən yanıltdılar üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az