Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qərbdə sekulyarizm dinə qalib gəldi…

[hupso]

18 yaşına çatan müsəlman bir gəncin beyin strukturu dəyişdirilərək terror hərəkətlərinə uyğun hala gətirilir.

Sekulyarizm Qərb və dolayısıyla insanlıq tarixinin böyük nailiyətlərindən biridir. Bu yolda Qərbdə çoxlu aydınlar öldürüldü. Qərb də asanca meydana çıxmadı. Orta Çağ qaranlığına qarşı aydınların mübarizəsinin sonucu olaraq sekulyarizm meydana çıxdı.

Sekulyarizm sadəcə bir qavram və siyasi sistem deyil, bir düşüncə tərzidir. Bu düşüncə tərzinin əsasında demostifikasion, yəni düşünənin önündəki bütün miflərin ortadan qaldırılması durar. Yəni sosial və təbii varlığı bilgiyə və ağlın verilərinə görə anlamaq.

Batil din anlayışlarının basqısı altında olmadan azad ağlın varlıqla qarşılaşması deməkdir. Ağlın önündəki bütün əngəllərin qaldırılmasıdır. Sekulyar dünyagörüşündə kilsə və məscid müqəddəs yerlər deyil, müqəddəs yer məktəblərdir.

Sekulyarizmin elmi tərifi kainata baxışda saxta imanın yerinə, ağlı qoymaqdır. Hüquqi tərifi insan haqlarının dərki deməkdir. Siyasi tərifi dini qurumlarla siyasi qurumların bir-birindən ayrılması anlamındadır. Heç bir dinin şəriəti və idarə üsulu bəşəri xoşbəxt edə bilməmişdir. Bu gerçəyi Avropa aydınları dərk etdi. Volter, Rüsso kimi aydınların əsərləri bu yolda çox təsirli oldu.

Obyektiv və subyektiv olmaq üzrə sekulyarizm iki sahəyə ayrılır. Obyektiv sekulyarizm sosial sahədə gözlə görünər və dini qurumları siyasətdən uzaqlaşdırar. Subyektiv sekulyarizm zehnlə əlaqədardır. Məktəblərdə çocuqlar din deyil, elm öyrənməlidir və məktəblərdə dini dərslər yasaqlanmalıdır. Din məsələsi 18 yaşdan sonra fərdin öz azad iradəsi və seçimi ilə başlamalıdır. Bu üzdən zehni və ya subyektiv sekulyarizm təlim-tərbiyyə ilə əlaqədardır və pedaqoji bir mövzudur.

Azadlıq, sekulyarizm və demokratiya istəmək düşünən xalqlara xasdır. Bu cəsarətdə bulunmaq üçün də Doğu tarixinin qaranlığından qopuş gərəkməkdədir. Şərqdə hələ də 7 yaşından uşağa elm öyrətmək yerinə, dini xurafələr öyrədirlər. Uşaqlara öyrədilən dini bilgilərin hamısı xurafədir. Çünkü uşaq üçün elm lazımdır. Özü böyüdükdən sonra xurafələrin arxasınca da gedə bilər, bu onun seçimi. Lakin ən doğru din anlayışı belə 18 yaş altında uşaqlara öyrədilərsə, bu xurafədən başqa bir şey ola bilməz. Çünkü bu yaşlarda insan zehninin strukturu bu bilgilərə ehtiyac duymaz.

Şərq ölkələrində insan beyninin strukturuna qarşı zorakı bir təhsil sistemi var. Sekulyarizm bunu qəbul etməz. Bu qədər terroristin Şərqdən çıxmasının səbəbi də budur. 18 yaşına çatan müsəlman bir gəncin beyin strukturu dəyişdirilərək terror hərəkətlərinə uyğun hala gətirilir. Viktor Hüqo kimi böyük yazar ömrünün sonlarında dünyada barışın bərqərar olması üçün bütün ölkələrin sekulyar düzənə keçməsi gərəkdiyini vurğulamışdır. Bizdə isə sekulyarizmin fəlsəfəsi, mətni, tarixi və kökü yoxdur. Rus sömürgəçiliyində Axundov bunu başlatsa da, yaşantıya keçmədi. Şərq Orta çağı qaranlığından qopmuşluğu Anadoluda da karizmatik bir öndər sağlaya bildi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az