Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

NAMAZ QILAN APARICILAR

[hupso]

Niyə başqalarının və ya aparıcıların namaz qılmaları bəzi içki içənləri tədirgin edir?

Tanınmış aparıcı Nəsimi Nəbizadə facebook statusunda ATV Səhərin aparıcısı Turan haqqında tərifəlayiq fikirlər səsləndirib. Daha sonra bunları yazıb: “cıqqılıjana addım atıb, mollalıqdan çıxsın… “inşəallah”, “maaşalah” sözləri… ümumiyyətlə, Azərbaycan telekanallarında az qalıb ki, aparıcı verilişi yarımçıq saxlayıb tamaşaçıya desin: – bağışlayın, namazımın vaxtıdır…”

Bu insanları Allahın adı niyə bu qədər narahat edir? Niyə qıcıqlanırlar? Bədənlərinə niyə qaşınma düşür? Niyə başqalarının və ya aparıcıların namaz qılmaları bəzilərini tədirgin edir?

Uşaq ikən, 1988-1989-cu iləərdə həmişə namaz qılan insanların, sözün əsl mənasında namazı dərk edərək qılan insanların axtarışında olmuşam. Daha sonra namaz qılan millət vəkilləri, məmurlar, aktyorlar, aparıcılar, şou-biznes əhli görüb, tanış olub sevinmişəm. Üzlərinə deməsəm də, həmişə belə insanlarla fəxr etmişəm və indi də fəxr edirəm.

Nəsimi Bəyə xatırladım ki, namazın vaxtı daxil olan kimi qılmaq məcburiyyəti yoxdur. 1-2 saat ərzində də çıxmır. Bizim verilişlərimiz bundan artıq da davam etmir. Sadəcə axşam namazının vaxtı azdır. Amma bunun da çarəsini müşahidə etmişəm:

Zaur Baxşəliyevin verilişi idi. Hər kəsin hər aparıcıya fərqli münasibəti ola bilər. Məsələnin bu tərəfinə qarışmıram. Reklam fasiləsində yerimdən qalxıb namaz qılmaq üçün şərait yaradılmasını xahiş etdim. Gördüm ki, həmin yerdə aparıcı Zaur namaz qılır. Zaurdan sonra mən namazımı qıldım və veriliş də öz axarında davam etdi. Heç bəlkə də əksər insanların Zaurun, Turanın, Elməddin Cəfərovun namaz qıldığını da bilmir.

P.S. İndi dostlarım məlumat verdilər ki, Zaur Baxşəliyev artıq namaz qılmır. Əvvəllər qılmasının da müəyyən səbəbləti var imiş…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az