Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mehdinin işi-gücü və düşmənçiliyi ancaq türklərlədir?!

[hupso]

İslam dinini necə də məsxərəyə qoyublar.

İranın dini lideri Xameneyinin Ərdəbil əyaləti təmsilçisi Ayətullah Aməli Təbrizdəki bir çıxışında Hz. Mehdinin zuhur ettiği zamanda İraqda və Suriyada Türklərə qarşı savaşacağını iddia edib.

Bu əbləhin sözlərindən belə çıxır ki, Hz. Mehdinin işi-gücü və düşmənçiliyi ancaq türklərlədir. Yəqin ki, İraq və Suriyadan sonra Azərbaycanda da türklərlə savaşmağa davam edəcək.

Azərbaycanda da yaşayan türklər arasında Mehdi inancını daşıyan kifayət qədər türk var, həmin türklərə nə deyib hücum edəcək, açığı müəmmalı qalır. Hər halda xeyli peşmançılıq olacaq. O səbəbə ki, illərdir həsrətlə gözlədiyin şəxs gəlib səninlə heç bir səbəb göstərmədən savaşır.

İslam dinini necə də məsxərəyə qoyublar. Bu anormallar görəsən heç olmazsa bir dəfə də Hz. Mehdinin müsəlmanları qətlə yetirən ermənilərlə, ruslarla savaşacağını iddia edəcəklərmi?

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az