Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vladimir Putin Allahşükür Paşazadəni təltif edib

“A. Paşazadə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub.”

Rusiya Prezidenti Vladimir Putin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib.

Din.az APA-ya istinadən bildirir ki, Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Bildirilib ki, A. Paşazadə tolerantlıq və dözümlülüyün artırılması, habelə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub.

V. Putin Allahşükür Paşazadəyə təbrik məktubu da ünvanlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az