Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Vitaminlərin gözə təsiri və vitamin mənbələri

Vitaminlərin orqanizmimizdə oynadıqları mühüm rollar.

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır. Qida ilə əlaqədar olan gözə “xeyir” prinsipi çox sadədir. Sadəcə tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Din.az bildirir ki, bu sözləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, həkim-oftalmoloq, tibb elmləri doktoru Aytən Sultanova Azərtac-a məxsusi müsahibəsində bildirib.

Həkim deyib: “A vitamini tor qişa piqmentinin tərkib hissəsi olduğundan göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı “gecə korluğu” kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin qəbulu mütləqdir. Kökdə bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir ki, o da orqanizmdə A vitamininə çevrilir. A vitamini mənbələrindən sarı bibər və avokadonu da misal çəkmək olar. Lakin ərik bu vitamin mənbələri arasında liderdir. O, istər təzə, istərsə də qurudulmuş halda A vitamini ilə çox zəngin sayılır. Bundan əlavə, iki yumurta sarısı da orqanizmdə gündəlik A vitamini dozasını təmin edir.

İdeal görmə qabiliyyəti olan və ya görmə qabiliyyətində problemi olanlarda gün və ya il ərzində qan dövranı ilə bağlı təzyiq problemi yaşana bilər ki, bu da görmə qabiliyyətinə təsir edə bilər. Bu səbəbdən gözü ayrı bir orqan kimi qəbul etmək lazım deyil. Yüksək təzyiq olduqda tor qişanın qan təmini normada olmur, bu isə gözlərin vəziyyətinin ilk növbədə qan damarlarından asılı olması deməkdir. Damarların əsas qoruyucusu isə C vitaminidir. Məhz bu səbəbdən C vitamini gözlərin sağlamlığı üçün çox vacibdir. Bu vitaminin gündəlik dozasını bir portağalla təmin etmək mümkündür.

E vitamini güclü antioksidant olmaqla, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və quzehli qişada distrofik dəyişiklərin əmələ gəlmə təhlükəsini azaldır. Bu vitaminin gündəlik qəbulu göz şişinin əmələ gəlməsinin qarşısınə ala bilir. Göz üçün bu qədər xeyirli olan bu vitamini 50-100 qr fındıq və ya qozdan əldə etmək olar”.

– Bəzi qida məhsullarının görmə qabiliyyətini yaxşılaşdırması düzgündürmü?

– Bəli, bu düzgün fikirdir. Sadaladığımız vitaminlərlə zəngin olan məhsulların daimi qəbulu görmə qabiliyyətini 7-20 faiz yaxşılaşdırır. Burada bu vitaminlərin nə qədər qəbul etməyiniz deyil, orqanizmin gündəlik olaraq lazımı dozanı almasıdır. Bildiyimiz kimi, orqanizm normadan çox qəbul etdikdə artığı xaric edir. Məhz bu səbəbdən lazımi dozanı gündəlik olaraq qəbul etməniz məsləhət görülür. Belə ki, orqanizm vitamin ehtiyatı yiğmadığından, gündəlik rasiona kalsi, sink və A, E, C vitaminləri ilə zəngin olan məhsulları daxil etmək lazımdır.

– Məlumdur ki, kompüterdən aldığımız şüalanma gözlər üçün çox ziyandır. Bəs, bütün günü kompüuter arxasında keçirən insanlara nə məsləhət görmək olar?

– İlk və əsas olaraq, iş vaxtında gözlərin istirahəti üçün fasilə vaxtı ayrılmalıdır. Bunu uzağa və ya dərin bir koridora baxmaqla etmək mümkündür. Bunu gün ərzində 3-4 dəfə etmək məsləhət görülür. Fasilə zamanı kök, portağal və ya hər hansı şirə içmək də məsləhət görülür. Alma da gözlər üçün çox xeyirli meyvədir. Almanın tərkibində pektin var ki, o da damarlar üçün vacibdir.

– Görmə qabiliyyəti üçün hansı mikroelementlər vacibdir? Deyilənə görə, katarakta sink defisiti olan insanlarda daha çox təsadüf edilir?

– Keçmiş zamanlarda xanımlar daha çox sink tərkibli qablardan istifadə etdiklərindən bu xəstəliyə daha az təsadüf edilirdi. Sink göz büllurunun qocalmasının qarşısını alır. Məhz bu səbəbdən hər gün tərkibində sink olan balqabaq, qaraciyər, balıq yemək məsləhətdir. Görmə qabiliyyətində problemi olanlara isə balqabaqdan mümkün qədər çox istifadə etmələri tövsiyə olunur. Yaxını və ya uzağı görməyənlər üçün isə C vitamini və beta-karotinlər vacibdir.

Həmçinin orqanizmi kalsi ilə zəngin olan məhsullarla da təmin etmək lazımdır. Bu məhsullar göz qişasının qabığının möhkəm və hamar olmasına təsir edir. Kalsinin əsas mənbəyi isə süd məhsullarıdır. Harvard Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, lutein beta-karotinə yaxın olaraq, tor qişada yığılma qabiliyyətinə malikdir. Məhz o gözü qoruya bilir. Luteinin əsas mənbəyi isə ispanaq, kahı, yaşıl noxud, yumurtanın sarısı, qırmızı şirin bibərdir. Lutein kataraktanın əmələ gəlmə təhlükəsini azaldaraq, nutrient olub, normal görmə qabiliyyəti üçün çox vacib sayılır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az