Vəliəhd: İsrail olmadan inkişaf edə bilmərik

“Ərəb ölkələri İsrail ilə əlaqələri intensivləşdirəcək”.
İsrail olmadan biz inkişaf edə bilmərik.
Din.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman amerikalı aktivist Mark Şaynerə deyib.
Bu barədə danışan Şayner ABŞ-ın Suriyadan geri çəkilməsindən sonra ərəb ölkələrinin İsrail ilə əlaqələri intensivləşdirəcəyini deyib:
“Salman mənə dedi ki, İsrail-Körfəz ölkələrinin yaxınlaşmasının əsas səbəbi regionda mövcud olan düşmən təhlükəsidir”.