Vatikanda nə baş verir? – Papanın ən yaxın adamı istefa verdi

Onun işdən çıxmaq səsəbi gizli maliyyə sənədlərinin yayılmasıdır.
Katolik ruhani lideri Papa Fransiskin yaxın mühafizəçisi istefa verib.
Din.az xəbər verir ki, 20 ildir Vatikan polisinin üzvü olan Domeniko Qiani istefası barədə danışmayıb.
Bildirilir ki, onun işdən çıxmaq səsəbi gizli maliyyə sənədlərinin yayılmasıdır. D. Qiani artıq öz ərizəsini Papaya təqdim edib.
Qeyd edək ki, yayılan sənədlərdə Vatikanda daha 5 vəzifəli barədə istintaq işi başlandığı bildirilir. / Moderator.Az