Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vatikan Azərbaycanda şiə və sünnilərin birgəyaşayış modelini tətbiq etmək üçün dünyaya çağırış edib

“Mən buradan digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırıram”.

“Azərbaycanda şiələr və sünnilər bərabər və mehriban şəraitdə yaşayırlar. Onlar iki ayrı məzhəbin nümayəndəsi kimi yox, vahid məzhəbin nümayəndələri kimi həyat sürürlər”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən II Plenar iclasda çıxışı zamanı Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe deyib.

“Mən buradan digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırıram. Bu, çox faydalı metoddur”, – deyə Vatikanın nümayəndəsi bildirib.

X. Akaşe qeyd edib ki, Azərbaycanda digər dinlərin də nümayəndələri dinc şəraitdə yaşayırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az