Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Vaqiə” surəsinin 79-cu ayəsindəki “mutahhərun” sözünün mənası

“Mutahhər” olan şey hər növ murdar və çirkli şeylərdən qorunan şeydir.

“Mutahhər” sözü ərəb dilində ismi-məful qəlibində olan bir sözdür. Mənası “təmizlənmiş, paklanmış, təmiz saxlanmış” deməkdir. “Vaqiə” surəsinin 79-cu ayəsində mələklər ifadəsi açıq-aydın formada işlədilməyib, amma ayənin əvvəlinə və ondan sonrakı ayəyə baxdıqda məlum olur ki, “mutahhar” sözü ilə mələklər nəzərdə tutulur.

Bir şeyin “mutahhər” olmağı onun əvvəlcə kirli olmağı demək demək deyil. “Mutahhər” olan şey hər növ murdar və çirkli şeylərdən qorunan şeydir. Bu söz “Əbəsə” surəsinin 14-cü və “Beyyinə” surəsinin 2-ci ayəsində də Quran səhifələri və əməl dəftərləri barədə işlədilib.

“Vaqiə” surəsinin 79-cu ayəsindəki “mutahhar” sözünü “pak olaraq” kimi tərcümə etmək ərəb dilinin qayda-qanunları baxımından mümkün deyil. Çünki ayədəki “mutahharun” sözü hal deyil, “yəməssuhu” feilinin failidir.  Buna əsasən həmin ayənin mənası belə olmalıdır:

“Ona – lövhi-məhfuzda olan Uca Qurana təmiz saxlanmış olanlardan başqası toxuna bilməz” (“Vaqiə” surəsi, 56/79).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az