Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

UŞAQLARI MƏSCİDƏ GƏTİRMƏK OLARMI?- İLAHIYYATÇIDAN TƏNQİDİ CAVAB

“Uşaqlar islam ümmətinin gələcəyidir. Uşaqlarsız hamımız kor olarıq”.

“Əgər narahat olursunuzsa, namazınızı evdə qılın”.

Din.az  bildirir ki, bunu, Türkiyə dini idarəsinin rəhbəri Mehmet Görməz, ilahiyyatçı Osman Ünlünün  uşaqların məscidə gətirilməsi ilə bağlı tənqidlərinə cavab verərkən deyib.

“Rəbbimiz uşaqları göz nuru hesab edir. Göz nuru olmasa, görə bilmərik. Uşaqlar islam ümmətinin gələcəyidir. Uşaqlarsız hamımız kor olarıq.  Hər Ramazan ayında, ən çox üstündə durduğum mövzu , uşaq-məscid münasibətlərinin bərpası ilə bağlıdır. Məncə, bu ölkədə hər kəsin uşaq-məscid münasibətləri ilə bağlı acı bir xatirəsi var. Hər kəs mütləq,  uşaq vaxtı məscidə gəldiyi üçün  danlanıb”- deyə Mehmet Görməz əlavə edib.

İdarə rəhbəri  hesab edir ki, bu acı xatirəyə görə bəzi insanlar məscidə getmək istəmir.

“Bu xatirələri insanların zehnindən silmək üçün daha böyük işlər görmək məcburiyyətində qalırıq. Sizin məscidə gələn uşaqları danlamağınız ucbatından ibadət ocağı onların təsəvvüründə  pis bir yer kimi qalır. Əgər belə edəcəksinizsə, təravih namazınızı evdə qılın”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az