Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Uşaq Qurbanı tələb edən dinlər

Dövrümüzdə bəzi topluluqlarda tətbiq edilən vəhşi adət…

Uşaq qurbanı qədim dünyada bəzi dinlərdə rast gəlinən vəhşi adətdir. Çoxtanrıçılıqda tanrılardan birinə, əsasən, bərəkət və çoxalma ilə bağlı bir tanrıya ibadət üçün həyata keçirilib.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, asteklərdə, inklərdə, eləcə də Cənubi və Mərkəzi Amerikada yaşayan digər topluluqlarda bu adət mövcuddur. Avropada Druidlərdə də uşaq qurbanı adəti vardır. Şimali Afrikada isə Kartaca şəhərində Fenikedən alınan Baal Hammon adlı tanrı üçün uşaq qurban edilib. Bir çox romalı yazıçı bu vəhşi adətdən bəhs edib.

Köhnə Əhd (Əhdi-Ətiq, Tövrat) qədim dövrlərdə qurban edilən uşaqlarla bağlı Molekdən bəhs edir. Ammonilərin və Kenanlıların müqəddəs qəbul etdiyi, qoruyucu ata fiquru kimi qəbul edilən tanrı Molek adına uşaq qurban edilib.

Molek bürüncdən hazırlanan heykəldir. Bu heykəl isidilir və kənara doğru açıq qolları ilə təsvir edilir. Qurban ediləcək uşaq ya həmin isidilən qollara qoyulur, ya da bu qolların altındakı oda atılır. Molekə sitayiş etmənin Qüds yaxınlığında yerləşən Hinnom Vadisində geniş yayıldığı qəbul edilir. Köhnə Əhddə bu vadi cəhənnəmlə, həmçinin Baala uşaq qurban etməklə də əlaqələndirilir. Yeremya 19:5-6-da Rəbb belə deyir:

“Uşaqlarını odda Baala qurban etmək üçün sitayiş yerləri qurdular. Belə bir şeyi nə buyurdum, nə ondan bəhs etdim, nə də ağlımdan keçirdim. Buna görə artıq buranın Tofet, yaxud Ben-Hinnom Vadisi deyil, uşaq qətl edilən vadi kimi xatırlanacağı günlər yaxınlaşır”.

Köhnə Əhddə həmçinin, tanrı, İsrailin uşaq qurban etməsini və Molekə sitayiş etməsini qadağan edir. Levililər 20:2-5-də belə deyilir:

“İsrail xalqına de ki, “İsraillilərdən və ya aranızda yaşayan əcnəbilərdən kim uşaqlarından birini ilah Molekə qurban etsə, mütləq öldürüləcək. Ölkə əhalisi onu daşlayacaq. Kim uşağını Molekə qurban edərək ibadətgahımı çirkləndirsə, müqəddəs adıma ləkə gətirsə, ona qəzəblə baxacağam. Onu xalqımın arasından qovacağam. Bir insan uşağını Molekə qurban etsə, xalq da buna göz yumub onu öldürməsə, həmin insana və ailəsinə qəzəblə baxacağam. Həm onu, həm də mənə xəyanət edib onu izləyərək Molekə sitayiş edənlərin hamısını xalqımın arasından qovacağam”.

Köhnə Əhdin digər yerində isə Manaşşe adlı zalım bir kralın öz oğlunu qurban etməsindən (2. Krallar 21:6) bəhs edilir. Bundan başqa Ahaz adlı kralın da Tanrının qovduğu millətlərin iyrənc adətlərinə tabe olaraq oğullarını odda qurban etdiyi ( 2. Tarixlər 28:1-4) qeyd olunur. Bununla yanaşı, Yahuda xalqının bu günahı etdiyi də (Yeremya 32:35) bildirilir, 36-da Babil əsarətinin müəyyən səbəbi olaraq uşaq qurbanı qeyd edilir.

Köhnə Əhdin “Yaradılış” bölməsinin 22-ci hissəsində İbrahimin (ə) oğlu İshaqı qurban etmək istməsindən bəhs olunur. Yəhudi inancına əsasən, qurban ediləcək bu uşaq İslam inancında olduğu kimi İsmail deyil İshaqdır. Bu hadisə ilə əslində Tanrının İbrahimin sadiqliyini və inancını yoxladığı, onu dayandırdığı və qurban etməsi üçün bir qoç göndərdiyi qeyd edilir.

Uşaq qurbanı nadir hallarda da olsa, çox təəssüf ki, dövrümüzdə bəzi ibtidai topluluqlarda tətbiq edilir. Bu vəhşi adətin əməl olunduğu ölkələrdən biri də Uqandadır. Burada yerli sehrbaz həkimlər işlərin gözəl getməsi, yaxud pis ruhların qovulması üçün insanın qurban edilməsinin vacib olduğunu bildirirlər. Xüsusən son illərdə bir çox uşaq qurban edilmək üçün qaçırılıb və orqanları parçalanmış halda tapılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az