Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

UNESCO QÜDS HAQQINDA VACİB QƏRAR VERDİ – VİDEO

İsrail Qüds və ətraf ərazilərə hakim olmaq ixtiyarında deyil.

UNESCO İsrailin Məscidül-Əqsa və ətraf ərazilərində apardığı qeyri-qanuni qazıntıları qınayan sənədi təsdiqləyib.

Din.az “A24.az”a istinadən bildirir ki, Türkiyə, Azərbaycan və İndoneziyanın aralarında olduğu 10 ölkənin “qəbul”, Filippin, Yamayka və Burkina Faso’nun isə “rədd” oyu verdiyi tasarıyla əlaqədar 8 ölkə bitərəf qalıb.

Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Dünya Miras Komitəsinin iclasında Fələstin heyəti tərəfindən təqdim edilən şikayətə də baxılıb. Şikayət qəbul olunub. Qərara əsasən, İsrail Qüds və ətraf ərazilərə hakim olmaq ixtiyarında deyil.

Həmçinin, qərarda İsrailin qədim şəhərdə arxeoloji qazıntılar aparması da qınanılıb.

Türkiyə mediasında yayımlanan videoxəbəri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az