Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ümrəyə getmək istəyən azərbaycanlılar üçün qiymətlər müəyyənləşdi

Azərbaycandan Ümrə (kiçik həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib. “Din.az” bildirir ki, bu barədə “report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib. Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar: “İndi sənədlərin qəbuluna […]

Azərbaycandan Ümrə (kiçik həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib.

“Din.az” bildirir ki, bu barədə “report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar: “İndi sənədlərin qəbuluna başlanılıb və ilk qrup düzələn kimi ziyarətlər reallaşacaq. Hər qrupda 25-30 nəfər olur. Ziyarət üçün nəzərdə tutulan qiymətlər oradakı otellərin, xərclərin əsasında müəyyənləşir. Ümrə ziyarəti 10 gün müddətində başa vurulur. İkinci dəfə Ümrə ziyarətinə gedəcək olanlar 530 dollar əlavə vəsait ödəyəcəklər. Sənəd verənlər arasında ikinci dəfə Ümrə ziyarətinə getmək istəyənlər də var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az