Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

TÜRKLƏRLƏ ARAKANLI MÜSƏLMANLAR ARASINDA 104 İLLİK TARİXİ YAXINLAŞMA – ƏRDOĞAN YARDIMININ SƏBƏBİNİ İZAH ETDİ – VİDEO

“Müsəlmanları aclıq və ölümlə baş-başa qoymayın”.

Bildiyimiz kimi Türkiyə arakanlı müsəlmanlara edilən zülmlərə “dur” deyən və bölgəyə yardım göndərən yeganə ölkələrdəndir. İki ölkə arasında olan bu birliyin tarixi isə bir əsr əvvələ gedib çıxır. Belə ki, Balkan döyüşündən sonra arakanlı müsəlmanlar öz aralarında pul yığaraq Osmanlı dövlətinə kömək göndərib. Həmin yardımların sənədli sübutları Osmanlı dövlətinin tarixi sənədlərində ortaya çıxıb.

Din.az “A24.az”-a istinadən bildirir ki, Türkiyə prezidenti Ərdoğan çıxışı zamanı bu tarixi birliyə toxunaraq “Arakanlı qardaşlarımız Balkan faciəsini yaşayan ordumuza bu ifadələrlə kömək üçün çağırış edib: Bir çox yaralı türk sahibsiz qalıb. Müsəlmanları aclıq və ölümlə baş-başa qoymayın”.

104 il bundan əvvəl arakanlı müsəlmanlar türklərin köməyinə qaçdığı kimi, bu gün onların yaşadıqları zülmə qarşı çıxan və yardım əlini uzadan ölkə də Türkiyədir.

Üzə çıxan tarixi sənədlərdə Myanmar əyalətində Osmanlı Yardım Dərnəyinin sədri Ahmet Mövla Davud yazır ki, Osmanlıda yaralılar və şəhid ailələri və onların yaxınları üçün 1391 ingilis funtu və 15 şirin və 15 pens göndərdiyini bildirir. Lakin məktubda yazılanlar bununla bitmir. Həmçinin Osmanlı türklərinin yeni qalibiyyətləri üçün arakanlıların hər gün onlara dua edildiyi də vurğulanıb.

“O dövrdə belə yoxsulluq içərisində yaşayan arakanlı müsəlmanların öz aralarında topladıqları 35 min qızılı müxtəlif vasitələrlə türklərə göndərən bu qardaşalrımıza bütün dünyanın etdiyi kimi biz arxamızı çevirə bilmərik. Bunu hamı bilməlidir!” deyə Ərdoğan çıxışına əlavə edib.

Türkiyənin edəcəyi yardımların arası kəsilməyəcək, Türkiyə heç bir zaman ona edilən yaxşılığı unutmaycaq, 100 il bundan əvvəl başlayan birlik davam edəcək. Banqladeş hökuməti izin verib yer göstərərsə, orda yaşayan arakanlı müsəlmanların ehtiyaclarını da Türkiyə qarşılayacaq.

“A24.az” Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az