Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKLƏR ALMANİYADA TƏHQİR OLUNDU – FOTO

Almaniyada türklərə qarşı haqsızlıq edildi.

Almaniyada bələdiyyənin zibil qutularının üzərinə yazdığı türk adları etiraza səbəb olub.

Din.az  xəbər verir ki, Almaniyanın Duysburq şəhərində zibil qutuları üzərinə “Zibili buraya at, Mehmet” (Mach et, Mehmet), “Zibili buraya at, Gülcan” (Mach et, Gülcan) kimi yazılar yazılıb.

Bu, bölgədə yaşayan türklər tərəfindən etirazlara səbəb olub.

Bələdiyyə isə etirazlara cavab olaraq 6 min zibil qutusuna yalnız türk adlarının deyil, digər ölkəyə məxsus adların da yazıldığını və bunu ətraf mühitin təmizliyinə riayət edilməsinə diqqət çəkmək üçün etdiyini bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az