Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKİYƏNİN MƏŞHUR KOMEDİYA USTASI FETÖ İLƏ BAĞLI ETİRAF ETDİ, AZADLIĞINI QAZANDI

Aktyor Gülənlə tanış olmaq üçün Pensilvaniyaya getdiyini bildirib.

Din.az A24. az- a istinadən bildirir ki, FETO təşkilatına üzv olması şübhəsi ilə həbs edilən gülüş ustası Atalay Dəmirçi bugün Ankarada məhkəmə qarşısına çıxarılıb.

Dəmirçi ifadəsində “FETO” təşkilatı ilə “Dünya” radiosunda çalışdığı 2002-ci ildə “Vəfa” kod adlı Məhəmməd Yusif Qulaqsız adlı şəxsin vasitəsilə tanış olduğunu, 2005-ci ildən söhbətlərə qatıldığını, 2006- cı ildə isə Gülənlə tanış olmaq üçün Pensilvaniyaya getdiyini bildirib.

Məhkəmə dəlillərin toplanmış olmasını və şübhəlinin “FETO” ilə bağlı məlumatlar verməsini nəzərə alaraq ölkədən çıxma qadağası ilə Dəmirçini sərbəst buraxıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az