Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyənin məhv edilmə planı: Azərbaycana edilən yardımlar…

Ermənistandan “Türkiyəni işğal edəcəyik” şüarları səslənirdi.

Türkiyənin “Haberseyret.com” portalının müxbiri Bi Smit Türkiyə sərhədlərində yaşanan proseslərlə bağlı maraqlı məqamları ortaya çıxarıb.

Din.az bildirir ki, müəllifin iddiasına görə, ABŞ və Rusiya qarşıdakı illərdə PKK-nı SDF adı ilə rəsmi ordu kimi tanıyacaq.

“Suriyanın bufer olaraq tanınan bölgələrində 50 minlik ordu yaradılacaq. Həmin ordu son modern texnikalarla təmin ediləcək. PKK-nın əlində olan silahların böyük qismi bizdə yoxdur. İraqdan ölkəmizə xeyli sızma cəhdləri olacaq. Cənub-şərqdən hər gün şəhid xəbəri gəlsin deyə istənilən şeyi edəcəklər. Olaylar məhdud deyil, daha dərin mövzular bizi gözləyir”, – Smit qeyd edib.

Müəllifin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri isə daha maraqlıdır:

“Ermənistanın Azərbaycana qarşı etdiyi hücumlar zamanı türk ordusunun dəstəyi gözlənilən idi. Necə yəni? Hətta bu yardımlar edilsin deyə, Ermənistan canfəşanlıq edir. Məqsəd Türkiyəyə qarşı hücumda müəyyən mövqe tutmaqdır. Ermənistandan “Türkiyəni işğal edəcəyik” şüarları bizə gülməli görsənə bilər. Lakin müharibə başladığında bir cəbhəni də onlar nəzarətə götürəcəklər. Eyni zamanda Gürcüstanda yerləşdirilən ABŞ hərbi qüvvələrindən də Rusiyanın məlumatı var. Guya ABŞ-Rusiya biri-birinə düşməndir. Hamısı teatr oyunudur. İllər öncə Artvin sərhədindən çeçen cihadına verdiyimiz dəstəyi Rusiya unuda bilərmi? Hər şeyin bir zamanı var. Yaxın zamanda yunan adalarından da silah səsləri gələcək”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az