Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKİYƏNİN DİNİ İŞLƏR İDARƏSİNİN SƏDRİ İSTEFA VERƏCƏK

“Bütün vəzifələr sadəcə bir əmanətdir”.

Türkiyənin Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin sədri (Diyanet İşleri başkanı) Mehmet Görməz istefa vercəyini bildirib.

Din.az xəbər verir ki, o, bunu jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Jurnalistin “İstefadan sonra hansı vəzifəni daşıyacaqsınız” sualına Mehmet Görməz belə cavab verib: “Bütün vəzifələr sadəcə bir əmanətdir. Vaxtı gəldikdə təhvil verilir. Dini İşlər İdarəsinə başçılıqdan sonra elmlə məşğul olacağam. Həm əziz millətimizin, həm də islam dünyasının elm həyatına fayda vermək üçün bu sahədə çalışağam”. / Milli.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az