Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TÜRKİYƏNİN 21 UYĞURU ÇİNƏ TƏHVİL VERƏCƏYİ XƏBƏRİ ÖLKƏDƏ ETİRAZ DOĞURDU

Uyğurlar Çinə təhvil veriləcək?

3 gün əvvəl İstanbul Terrorla Mübarizə Şöbə İdarəsinin briqadaları İstanbulun Zeytinburnunda təşkil etdikləri İŞİD Əməliyyatında 21 şərqi türküstanlını İŞİD ittihamı ilə həbs edib.

Din.az xəbər verir ki, əməliyyata isə ictimaiyyətdən gələn reaksiyanın ardı-arası kəsilmir.

İddiaya görə şərqi türküstanlılar Çinə təhvil veriləcək.  Türküstanlıların ekstradisiya edilməsi sosial mediada birmənalı qarşılanmayıb.

Lakin nəzarətə götürülən 21 nəfərdən 11-i uşaq,  7-si qadın və 1-i yaşlıdı.

Deportasiya ediləcək 21 nəfərin Türkiyədən çıxaraq Çininin işğalı altında olan Uyğur Muxtar bölgəsinə necə gedəcəyi isə bilinmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az