Türkiyəli səfir FETÖ-cünü görüb iftarı yarımçıq tərk etdi – VİDEO

“Terroristlərlə eyni masa arxasında əyləşmərəm” deyən səfir …
Türkiyənin Bişkekdəki səfiri Çingiz Kamil Fırat qatıldığı iftarda FETÖ üzvünü görüncə süfrədən qalxıb.
Din.az xəbər verir ki, Qırğızıstanda Bişkek müftiliyi tərəfindən iftara dəvət olunan Fırat qonaqlıqda FETÖ-cü Orxan İnandanı görüb. “Terroristlərlə eyni masa arxasında əyləşmərəm” deyən səfir sərt reaksiya göstərərək iftar qonaqlığını yarımçıq tərk edib. O, məclis təşkilatçılarına gedərkən bunları deyib:
“Biz burada 35 milyon dollara məscid tikdiririk, siz bizi terrorçularla eyni süfrədə oturdursunuz. FETÖ-cü birini bura necə çağırırsınız? Ramazanda belə edərlərmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçməlisiniz. Türkiyə Cümhuriyyəti ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Prezidentimizə söyləyəcəm”. / Qafqazinfo.az