Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Türkiyəli jurnalistlər QMİ-də olub

“Azərbaycanda İslam məzhəbləri arasında münasibətlər yüksək səviyyədədir”.

Türkiyədə fəaliyyət göstərən “Kanal On4” televiziyasının İdarə Heyətinin sədri Kadir Akarasın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub.

“Din.az” “Report.az”a istindən xəbər verir ki, idarənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qonaqlar QMİ sədrinin müavini Hacı Fuad Nurullayevlə görüşüb. QMİ sədrinin müavini bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri modeli dünya ölkələri üçün bir nümunə sayıla bilər: “Ölkədə müxtəlif dinlərə mənsub insanlar yaşayır və dini ayinlərini azad şəkildə icra edirlər, dini icmaların fəaliyyəti qanunla tənzimlənir”.

maxresdefault-6

Fuad Nurullayevin sözlərinə görə, Azərbaycanda İslam məzhəbləri arasında münasibətlər yüksək səviyyədədir, hər iki məzhəbin ardıcılları eyni məsciddə namaz qılır, dini bayramları birlikdə qeyd edirlər.
Kadir Akaras bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycan və Türkiyədə deyil, bütün müsəlman aləmində nüfuzlu din xadimi kimi tanınır: “Onun regionda sülh və sabitliyin əldə olunması yolundakı fəaliyyəti bizim telekanalda daim işıqlandırılır”.
Azərbaycandakı prosesləri yaxından izləyən türkiyəli jurnalist onu da qeyd edib ki, başçılıq etdiyi nümayəndə heyəti budəfəki səfərdə 20 Yanvar hadisələri barədə geniş reportaj hazırlayacaq, o cümlədən, Azərbaycanda olan dini mühitlə, tarixi məscidlərin dövlət tərəfindən təmir-bərpa olunması ilə bağlı məlumat verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az