Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRKİYƏDƏN ŞƏHİD AİLƏLƏRİNƏ “HƏCC” JESTİ

Qazi və şəhid ailələrinin pulsuz həccə aparılması təklif edilib

Türkiyədə Dini İşlər İdarəsi 2008 və sonrakı illərdə qeydiyyata düşən qazi və şəhid ailələrinə pulsuz həcc təklif edib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Din İşlər İdarəsinin rəhbəri prof.Dr.Mehmet Görmez 2008-2017-ci illərdə həccə getmək üçün qeydiyyatdan keçən bütün qazi və şəhid ailələrinin pulsuz həccə aparılmasını təklif edib. Görmezin tələbi Həcc və Ümrə qurumu tərəfindən qəbul edilib. Artıq qəbul edilən təklifə görə şəhidlik və qazilik sənədlərini toplayan nazirlik, şəhidlərin anası, atası, həyat yoldaşı və evlənmiş övladları, qazilər və həyat yoldaşlarının həccə getməsi üçün onların müraciətlərini toplayır.

Qeyd edək ki, ötən il Türkiyədə 750 qazi və şəhid ailəsi Dini İşlər İdarəsinin təşkilatçılığı ilə həccə gedib. Lakin bu il bu rəqəmin 4 min 500-ə yaxınlaşacağı bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az