Türkiyədə “xaçpərəst qılıncı” mübahisəsi

Türkiyə Parlamentində qəribə hadisə…
Türkiyə Parlamentinin koridorlarındakı barmaqlıqlarda xaçpərəstlərin qılıncına bənzər qılınc fiquru müxalifətdən olanların etirazına səbəb olub. Həmin qılınc fiqurları dərhal dəyişdirilib.
“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Parlamentində dəmir barmaqlıqlarda xaça bənzər qılınc fiquru diqqətləri cəlb edib.
FETO-nun dövlət çevrilişinə cəhdinin izlərini silmək üçün işlərin görüldüyü Türkiyə Parlamentində bütün otaqlar, pəncərələr, dekorasiyalar və bəzəklər simmetrikdir. Təmir əsnasında müxalifət kulisinin tavanı iqtidar kulisiylə eyni edildiyi zaman yeni qoyulacaq dəmir barmaqlıqların da iqtidar kulisindəki kimi hazırlanması qərara alınıb. Lakin barmaqlıqlardakı qılınc fiqurunun xaçpərəstlərin qılıcına bənzədiyi iddia edildikdə, müxalifət kulisinin barmaqlıqları düz hazırlanıb.